Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:40

Kubadakı Quantanama həbsxanasında saxlanan 15 məhbus Birləşmiş Ərəb Əmirliklərinə köçürülüb.

Bu günədək bu həbsxanadan birdəfəyə bu sayda məhbus köçürülməyib.

Məhbuslardan 12-si Yəmən, üçü isə Əfqanıstan vətəndaşıdır.

Bu həbsxananın bağlanması ABŞ prezidenti Barack Obamanın seçkiqabağı vədlərdindən biri idi.

O bu həbsxananı hələ prezidentliyinin birinci müddətində bağlamaq istəyirdi, amma bir çox respublikaçı və bəzi demokratların təzyiqilə üzləşdi.

Onlardan biri, Obaydulla adlı Əfqanıstan vətəndaşı 13 ildən çoxdur ki, bu həbsxanada saxlanır.

O ABŞ qüvvələrinə qarşı istifadə etmək üçün mina saxlamaqda ittiham olunur.

ABŞ-ın bu məsələ üzrə xüsusi elçisi Li Voloski deyib ki, həbsxananın saxlanması ABŞ-ın milli təhlükəsizliyini zəiflədir, onun müttəfiqləri və tərəfdaşları ilə münasibətlərinə xələl gətirir, bundan başqa ekstremistləri zorakılığa şövqləndirir.

Pentaqonun məlumatına görə, hazırda bu həbsxanada 61 məhbus var.

Quantanama həbsxanası,Taliban və Əl Qaidə ilə əlbir olanları sorğu-sual etmək üçün 2001-ci ildə, keçmiş prezident George Bushun dövründə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG