Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:28

Təqsirləndirilən şəxs: 'Binəqədidə bina bilərəkdən yandırılıb'


16-mərtəbəli bina yandı
Gözlə

No media source currently available

0:00 0:07:43 0:00

16-mərtəbəli bina yandı

«Aprelin 25-də MTN-in qarşısında bizdə təhlükəsizlik məsələlərinə baxan Arif Əliyevlə görüşüb pul istəmişdilər. Arif Əliyev özü də əvvəllər xüsusi xidmət əməliyyatçısı olmuşdu. O soruşub ki, «verməsək, nə olacaq», deyiblər ki, «rəhbər qarşısında şirkətiniz və material barədə pis rəy veriləcək». Ondan sonra mayın 13-nə qədər hər gün zəng eləyirdilər ki, «nə oldu, biz məruzə hazırlamalıyıq, rəyi yaxşı eləyək, yoxsa pis?». Axırda məcbur olub dedim ki, «gəlsinlər, görüşək». Mayın 13-də MTN-in bir polkovniki, bir də mayoru ofisimizə gəldi...».

«TELEVİZORDA «TERROR» SÖZÜ İŞLƏNMƏLİYDİ»

Bunu ötən il mayın 19-da Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə həbs olunmuş Miryusif Mahmudov məhkəmədə ifadəsində deyib. O, binanı üzləmiş «Global Construction» və «Global Stone» şirkətlərinin təsisçisidir.

Buna da bax - Yanğınsöndürənləri brilyant oğurlamaqda suçladılar

M.Mahmudov hesab edir ki, bina qəsdən yandırılıb: «Bu, planlaşdırılmış hadisə olub. Məqsəd birinci növbədə aranı qarışdırmaq, Avropa Oyunları öncəsi televizorda «terror» sözünün işlənməsinə nail olmaq idi. Hadisə günü səhər maşında gedirdim, zəng elədilər ki, Azadlıq prospektində bina yanır. Saat 11:15 radələrində çatdım ora. Görəndə ürəyim tutdu, ayaq üstə dura bilmədim. Acınacaqlı idi. Özü-özünə o şəkildə yana bilməzdi. Mənə dərman verdilər. Saat 12-yə 20 dəqiqə işləmiş zəng elədilər ki, «MTN-dən ofisimizə gəliblər». Getdim, gördüm ki, bina yandığı vaxtda 7 maşınla 29 nəfər ofisimizə gəlib əməliyyat keçirirlər».

«AVROPA OYUNLARINA GÖRƏ 13 MİLYON XƏRCLƏMİŞDİK»

Aprelin 10-da Xətaidə binanın yanmasından sonra MTN-in onlardan pul istədiyini deyən M.Mahmudov Binəqədi hadisəsindən əvvəl – mayın 13-də ofisində bu qurumun polkovniki və mayoru ilə aralarındakı söhbəti də danışıb:

«Həmin adamların adını lazım olsa, vəkilim məhkəməyə təqdim edə bilər. Biz Avropa Oyunlarına görə 13 milyona yaxın pul xərcləmişdik. Kürdəxanıya salınanda 6 milyona qədər borcla getmişdim. Ona görə həmin vaxt istəniləni də verə bilmirdim. Özlərinə də dedim ki, «təhdidlə olmaz, sonra dostcasına dörddə birini verərəm». İdarə rəisi pis oğlan deyildi, dedi ki, «biz də öz sözümüzü demirik». Bundan 3 gün sonra - mayın 16-da Veteranlar Şurasının binası yandırıldı. Onu da biz üzləmişdik. Ona görə iki nəfəri tutmuşdular, biri Dağıstan sakini idi. Sonra yerləri bilindi. Onları üç gün Kürdəxanıda «kars»da saxlasaydılar, sifarişçiləri deyərdilər, hamımız üçün də yaxşı olardı».

Buna da bax - Binəqədidəki yanğından bir il ötür

Binəqədidəki yanğından bir il ötür
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

TƏKRAR TİBBİ EKSPERTİZA KEÇİRİLƏCƏK

Məhkəmə iclaslarında tez-tez vəziyyəti pisləşən Qəzənfər Novruzov hazırda Müalicə Müəssisəsində saxlanılır. Hakim bildirib ki, onun həmin müəssisədən məhkəməyə aparılıb-gətirilməsi problem yaradır. Ona görə də Q.Novruzovun təkrar tibbi ekspertizadan keçirilməsi barədə qərar qəbul olunub.

Məhkəmə ekspertizasının rəyi məlum olana qədər təxirə salınıb.

Həmin yanğına görə məhkəmə qarşısına «Global Construction» və «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov, «Global Construction» MMC-nin sədr müavini Ələkbər Əsgərov, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, «Dərnəgül Boru» zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG