Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 22:34

Rio-de Janeyroda keçirilən olimpiya oyunları zamanı asma televiziya kamerasının düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

Troslarla bərkidilmiş kamera qəflətən qoparaq düz camaatın üstünə düşüb.

Şahidlərin sözlərinə görə, xəsarət alanlardan ikisi qadın olub və onlar təcili-tibbi yardım maşını ilə xəstəxanaya götürülüblər.

Yerli mətbuatın yazdığına görə, panorama kamerası Beynəlxalq olimpiya komitəsinin yayım şirkətinə məxsusdur.

O basketbol arenasının ətrafında quraşdırılıbmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG