Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

İyun ayında Rusiya ABŞ Maliyyə Nazirliyinin istiqrazlarını almaqda nəinki davam edib, hətta sürəti artırır.

ABŞ Maliyyə nazirliyinin məlumatına görə, iyun ayında Rusiya aldığı ABŞ bondlarının məbləğini 90,9 milyard dollara çatdırıb.

12 ay bundan əvvəl Rusiyanın aldığı ABŞ bondlarının məbləği 72 milyard dollar idi.

Son bir ildə Rusiya aldığı ABŞ istiqrazlarının məbləğini 26 faiz artırıb.

ABŞ Maliyyə nazirliyinin borc öhdəlikləri olan bu istiqrazlar dünyada ən etibarlı qiymətli kağız sayılır.

Xarici ölklər arasında ABŞ istiqrazlarını ən çox almış ölkə Çindir – 1 trilyon 240 milyard dollar.

Yaponiya ikincidir – 1 trilyon 150 milyard dollar.

Rusiya 16-cı yerdədir.

Ümumiyyətlə, xarici ölkələrin aldqılartı AB,Ş istiqrazlarının məbləği 4 trilyon dollardır.

Bunu alanlar faktiki ABŞ-a borc verirlər.

XS
SM
MD
LG