Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 17:47

İranın təhlükəsizlik qüvvələri iddia edirlər ki, ölkənin qərbində üç sünni yaraqlını öldürüblər.

Polis həmin şəxslərin avqustun 16-da Tehrandan 500 kilometr cənub-qərbdə yerləşən Kirmanşah şəhərində öldürüldüyünü bildirir. Bu şəhər İraqla sərhədin 100 kilometrliyində yerləşir.

Hadisə yerindən avtomat tüfəng və intiharçı jiletinin tapıldığım bildirilir.

Yaraqlı olduğu söylənən şəxslərin adları çəkilməsə də, hakimiyyət onların “təkfirçi” olduğunu deyir. Bu termin, adətən, ekstremist sünni müsəlmanlar barədə işlədilir.

Tehran İraq və Suriyada hərbi əməliyyatlarda iştirakını artırandan sonra İslam Dövləti qruplaşması da bu ölkəni daha çox hədəfə alır, İran rəsmiləri belə deyir.

İyunda 10 İŞİD yaraqlısının həbsi, 100 kiloqramlıq partlayıcının müsadirə olunması barədə məlumat yayılmışdı.

XS
SM
MD
LG