Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:46

Avqustun 17-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-19, gündüz 25-30 dərəcə isti ehtimal edilir.

Ötən həftə temperatur Bakıda 40, ölkənin Aran rayonlarında 43 dərəcəyə yüksəlmişdi.

XS
SM
MD
LG