Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

Rusiyanın Sibir regionunda miqrant fəhlələr bir sıra işlərdən uzaqlaşdırılır. Bunu iqtisadi problemlər dönəmində işsizliyin həllinə yönəlik tədbir adlandıranlar var.

Avqustun 15-də Novosibirsk vilayətinin qubernatoru Vladimir Gorodetsky qətnamə çıxarıb. Miqrantların məktəblərdə, balıqçılıq, mədənçıxarma, odunçuluq sənayesində işləməsi yasaqlanır. Miqrantlar həmçinin uşaq qidası hazırlayan şirkətlərdə, avtobus və taksi sürücüsü, mühasib, katib kimi çalışa bilməyəcəklər.

Üç aya qüvvəyə minəcək qətnamədə qadağanın səbəbi göstərilmir.

Novosibirsk vilayəti Qazaxıstanla sərhəddir və buraya Orta Asiya respublikalarından on minlərlə miqrant gedir. Rusiyanın üçüncü böyük şəhəri olan Novosibirsk “Sibirin paytaxtı” da adlandırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG