Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 14:01

-

Moskvayla Vaşinqton Suriyanın mühasirədə olan Hələb şəhərində humanitar böhranın həllindən ötrü razılaşmaya yaxınlaşırlar. Bunu Rusiyanın Müdafiə naziri Sergei Shoigu avqustun 15-də Rossiya 24 televiziyasına mühasibəsində deyib.

“Addım-addım razılaşmaya yaxınlaşırıq – eksklüziv olaraq Hələb barədə danışıram. Bu, bizə ümumi məxrəcə gəlməyə və əraziyə sülhün gətirilməsindən ötrü birgə mübarizəyə başlamağa imkan verəcək”, deyən Shoigu əlavə edib ki, Rusiya təmsilçiləri “amerikalı həmkarlarımızla danışıqların çox fəal mərhələsindədir”.

Suriyanın ən böyük şəhəri, vaxtilə ticarət paytaxtı olmuş Hələb, ölkədəki vətəndaş müharibəsinin əsas mərhələyə çevrilib.

Amma ABŞ rəsmiləri razılaşmanın elə də yaxın olmadığını bildirib.

“İndiki məqamda açıqlamalı heç nəyimiz yoxdur. Rusiya rəsmiləriylə sıx əlaqə saxlayırıq”, Dövlət Departamentinin sözçüsü Elizabeth Trudeau deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG