Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:15

«Bizim küçədən 6, qonşu küçədən 15 ailəyə su çəkmədilər. Dedilər ki, «adınız layihəyə düşməyib»».

Goranboy rayonunun Bağçakürd kəndindəki evlərə kənddəki köhnə arteziandan su çəkilib. Kənd sakini Rahilə Verdiyeva deyir ki, nədənsə kənddə azı 20 ailə bu layihədən kənarda qalıb. Bunun səbəbini həmin ailələrə nə yerli bələdiyyə, nə icra hakimiyyəti, nə də su idarəsi izah edir. Elə kəndliləri qəzəbləndirən də odur ki, susuz qalmalarının səbəbini onlara izah edən yoxdur:

«60 MANATDAN YIĞIN VERİN»

«Əgər bu layihə bütün kəndə görədirsə, necə ola bilər ki, qonşuya çəkilsin, mənə yox? Hökumət nümayəndələrinin hərəkətlərində məntiq axtarırıq, hələ də tapa bilmirik. Gəlir qonşu küçəyə su çəkir, deyirəm, «bəs biz?». Deyir, «sizin adınız layihədə yoxdur». Biri çıxsın ortaya, bunu izah etsin bizə. Əsəbimdən partlayıram, deyirəm, «gedəcəyəm düz Bakıya şikayət edəcəyəm». Deyir, «istəyirsən ondan da o tərəfə get».

Rahilə xanımın sözlərinə görə, su çəkilişləri başlamamışdan əvvəl hər ailədən 6 manatdan yığılıb. Sonradan su çəkilməyən ailələrin pulları özlərinə qaytarılıb: «6 manatı qaytardılar, dedilər, «istəyirsinizsə, 60 manatdan yığın verin, sizə də çəkək». Belə çıxır ki, 60 manat versək, adımız layihəyə də düşəcək, xəritəyə də...»

HƏFTƏDƏ BİR DƏFƏ SUYU PULLA ALIRLAR

Kənddə su layihəsindən kənarda qalan ailələrdən biri də Söhrab Əfəndiyevin ailəsidir. Deyir, kənddə artezian ola-ola suyu kəndə həftədə bir dəfə gələn su maşınından pulla alır: «Eşidəndə evlərə su çəkilir, dedim, «şükür, qazandığımız suya getməyəcək». Gəldilər, qonşulara çəkib getdilər. Yalandan sənədə baxdılar, dedilər, «siz layihədə deyilsiniz». Düzü, heç nə anlamadım».

Goranboyun icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Bağçakürddəki evlərin su ilə təminatı layihə çərçivəsində həyata keçirilir. Kəndin bir hissəsində layihənin icrası başa çatıb. Yaxın vaxtlarda layihə kəndin digər hissəsində də icra olunacaq. Qurumdan su çəkilişinə görə sakinlərdən pul istənilməsi ilə bağlı deyilənlər isə təkzib olunur.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG