Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:46

-

Son vaxtlar neftin ucuzlaşması Rusiya və Səudiyyə Ərəbistanını qiymətləri sabitləşdirməkdən ötrü yenidən danışıqlara başlamağa sövq edib. Rusiyanın Enerji nazirinin avqustun 15-də bir açıqlaması qiymətlərə təkan verib.

Novak Səudiyyənin “Asharq Al-Awsat” qəzetinə deyib ki, Rusiya səudiyyəlilərlə işləmək istəyir və hasilatı müvəqqəti dondurmağı nəzərdən keçirəcək.

Səudiyyənin enerji naziri Khalid al-Falih ötən həftə demişdi ki, neft nəhəngi OPEC və Rusiya kimi ölkələrlə işləməyə hazırdır.

Rusiya günə 10,85 milyon, Səudiyyə isə 10,67 milyon barel xam neft çıxarır. Dünyanın ən böyük istehsalçıları bu iki ölkədir.

Novak deyib ki, apreldə Dohada keçirilmiş danışıqlar qiymətlərin yüksəlməsində “müəyyən müsbət rol oynayıb”. Halbuki həmin danışıqlarda hasilatın dondurulması üzrə razılıq əldə olunmamışdı. Novak-ın sözlərinə görə, indilik, Rusiya hasilatı müvəqqəti dondurmağı nəzərdən keçirə bilər.

Bu açıqlamadan sonra Nyu Yorkda neftin barrelinin qiyməti 1,25 dollar yüksələrək 45,74 dollara çatıb. London xam nefti isə 1,38 dollar artıb və 48,35 dollara bərabərləşib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG