Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:57

Hökumətin planına qarşı çıxan 900 koreyalı başını keçəl qırxdırdı


Foto arxiv

Foto arxiv

900-dək Cənubi Koreya sakini avqustun 15-də ABŞ-ın ölkədə hava hücumlarından müdafiə sistemi yerləşdirilmək planına etiraz olaraq başlarını keçəl qırxdırıb.

Cənubi Koreya hələ iyulda ölkədə “THAAD” hava hücumlarından müdafiə sistemləri yerləşdiriləcəyini bəyan edib.

Amma buna qarşı çıxan yerli sakinlər hesab edir ki, müharibə baş versə, bu Şimali Koreyanın hədəfinə çevirilə bilər.

Bu plan həmçinin Çinin etirazına səbəb olub.

Şimali Koreya isə mümkün cavab tədbirləri ilə hədələyib.

Sistemin yerləşdirilməsi nəzərdə tutulan Secon sakinlərinin əksəriyyəti müxtəlif cür qovun yetişdirən fermerlərdir.

63 yaşlı fermer Yu Çji Von deyir ki, nəyin ki, Secon, ümumiyyətlə Cənubi Koreyada bu cür sistem yerləşdirilməməlidir. Təşkilatçıların sözlərinə görə aksiyaya 908 adam qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG