Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:08

Azərbaycanın yönü hara olmalıdır?


Bakıda Milli Ordunun paradı. 2004-cü il.
Bakıda Milli Ordunun paradı. 2004-cü il.

-

Dilqəm Əhməd

Azərbaycanın yönü hara olmalıdır?

“Səksən il öncə ulu babalarımız bu materikdə mayası Azadlıq şüarı ilə yoğrulmuş və bütün insanların bərabər yaranışı prinsipinə bağlanmış yeni milləti yaratmışlar”.

Abraham Lincoln (Gettisburq nitqi, 1863)

1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyksi parlamentin ilk iclasında çıxış edərkən belə bir fikir işlədir: “Bugünkü gün Azərbaycan üçün böyük əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi”.

Fətəli xan nəyi nəzərdə tutduğuna bütün varlığı ilə əmin idi. O, başa düşürdü ki, 1917-ci il inqilabının gətirdiyi bu xoş təsadüf (!) üçün başqa xalqlar on illərlə qanlı müharibələr aparıb, maarifçilər dayanmadan külüng vurub, minlərlə insan həlak olub. Doğrudur, Azərbaycan Cümhuriyyətinin yaranmasına qədər bir neçə dəfə müsəlmanların/türklərin qırğını oldu, bizim

"Cümhuriyyətimizin, əsas hədəfi Avropa ailəsinə qoşulmaq idi".

də ziyalılarımız vardı, cəmiyyətə təsir edə bilirdilər, amma başqa xalqların keçdiyi o prosesi biz daha rahat şəkildə keçmişdik. Daha bir-iki il öncə müstəmləkə olan bir ölkədə indi milli parlamentin açılması, Qərb dəyərlərinin tədricən ölkəyə gətirilməsi prosesinin baş verməsi və tezliklə dünyanın bölüşdürüldüyü masaya öz diplomatik nümayəndəliyini göndərə bilməsi həqiqətən, yatsa idik, yuxumuzda da görə bilməzdik.

Amma bunlar yaşandı və Azərbaycan Qərb dəyərlərinə, demokratiyasına əsaslanan bir cümhuriyyət qurdu.

O cümhuriyyət ki, əsas hədəfi Avropa ailəsinə qoşulmaq idi.

O cümhuriyyət ki, Şərq qılafından sıyrılmışdı, əsas hədəfi parlamentli respublikanı gücləndirmək, insan hüquq və azadlıqlarını ən yüksək səviyyəyə çatdırmaq idi.
Bunu isə dönəmin ab-havasını dərindən dərk edən, Azərbaycanı hara aparacaqlarına əmin olan dönəmin ziyalıları, siyasətçiləri başa düşürdülər.

Əlimərdan bəy Topçubaşı, Məhəmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərləri artıq Azərbaycanı bir Qərb dövləti kimi görürdülər və qarşılarında tək düşmən vardı: Çar Rusiyasının içindən doğan yeni imperialist Sovet Rusiyası.

Buna da bax: "Fətəli xan Xoyskinin xoşbəxt anları varmış..."

Fətəli xanın digər çıxışlarına baxanda tez-tez bir həyəcanlı anı görmək olur: Azərbaycanın müstəqilliyi kövrəkdir, hər an təhlükə altındadır, parlamentdə

Azərbaycan Demokratik Cumhuriyyətinin qurulmasına iştirak etmiş M. Ə. Rəsulzadə və digərləri.
Azərbaycan Demokratik Cumhuriyyətinin qurulmasına iştirak etmiş M. Ə. Rəsulzadə və digərləri.

kiçik məsələlərə baş qoşmaq olmaz, təcili dövləti gücləndirmək lazımdır. Elə buna görə də təcili hərbi güc strukturları və polis formalaşdırılır, dövlətin tezliklə Qərbə doğru irəliləməsi üçün yüz tələbə xaricə göndərilir, universitet açılır, qonşularla münasibətlər tənzimlənir. İki il ərzində mükəmməl bir sistem yaradılır, demokratik ənənələr müsəlman şərqində yerləşən bir ölkədə bərqərar olur, bir məmləkət üçün tarix xoş saatlara doğru irəliləyir.
Və acı bir təəssüf… Fətəli xanın narahatlıqlarının boşuna olmadığı aşkara çıxır. Öz daxili problemlərini həll edən Sovet Rusiyası 1920-ci ilin aprelin 27-də Bakını, iyulun 4-də isə Gəncəni alaraq Cümhuriyyətin varlığına son qoyur.

Azərbaycanda oyuncaq bir hökumət qurulur, üç il sonra bu oyun da başa çatdırılır və Azərbaycan Rusiyanın tərkibinə daxil edilir.

Bu ərəfədə Azərbaycanın Qərbpərəst liderləri öldürülür, sağ qalanlar isə yenə də Qərbə – Türkiyəyə, Fransaya, Almaniyaya sığınır.

Azərbaycanın müstəqilliyi davası bu dəfə də Qərb dövlətlərində davam etdirilir.

Buna da bax: "Rəsulzadənin ailəsi sovetlərin cəngindən niyə qurtulmadı? (5-ci hissə)"

XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda yenidən müstəqillik hərəkatı başlayır və bu dəfə də xalqın azadlığı Sovet hakimiyyəti tərəfindən 20 yanvar və rusyameylli güclər tərəfindən Xocalı qırğınları, Qarabağın işğalı ilə sarsıdılır.

1804-cü ildən Rusiya İmperiyası Azərbaycana qarşı mərhələli şəkildə qətl planı 1990,1992-ci illərədək davam edir.

1804-cü ildə Gəncə xanlığının işğalı, 1813-1828-ci illərdə Azərbaycanın quzeyinin ələ keçirilməsi, 1905-1907 və 1918-ci il faciələri, 1920-ci il ilhaqı, 1937-ci il-xalqın ziyalılarının tamamilə aradan götürülməsi prosesi və yuxarıda saydığımız faciələr bir-birinin davamı olan üç rus imperiyasının siyasəti nəticəsində baş tutub.

Rusiya Qafqazdakı üç ölkəni nəzarətdə saxlamaq üçün yaratdığı separatçı qurumları hər zaman dəstəkləyəcək

Zamanla geopolitik, iqtisadi amillər bir-birinə nifrət edən ölkələri də bir araya gətirə bilir, amma tarix göstərir ki, bir xalqa qarşı 200 il ərzində davamlı soyqırımı törətmək, ərazisini parçalamaq, başqa bir ölkəyə birləşdirmək, separatizmə rəvac vermək kimi hallar artıq sağalması mümkün olmayan bir politikadır və qarşıdakı on illiklərdə Rusiyanın ilk fürsətdəcə Azərbaycana qarşı bənzər mövqeni tutacağı şübhəsizdir. Belə olmasaydı, Azərbaycanın baş verənlərə rəğmən Rusiyaya qarşı tutduğu mövqeyə görə çoxdan Qarabağ işğaldan azad edilər, Rusiya özünü ədalətin təntənəsi qismində qələmə verə bilərdi.

Bunu qəbul etməliyik ki, Rusiya Qafqazdakı üç ölkəni nəzarətdə saxlamaq üçün yaratdığı separatçı qurumları hər zaman dəstəkləyəcək.

Belə isə Azərbaycan nə etməlidir?

Azərbaycan nə qədər çətin olsa da, balanslı siyasət yolunu Qərbə doğru meyilləndirməlidir. Bu, birbaşa mümkün olmasa da, bunun baş verməsi üçün bir çox sahələrdə işlər görmək olar. Bunun kiçik yolu vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaq, bunun qarşısını alan prosesləri (məhkəmə, həbslər) dayandırmaq, iqtisadiyyatın liberallaşdırılması, təhsil sisteminin başdan qurulması, dövlət idarəçiliyinin ASANlaşdırılması, korrupsiya ilə mübarizənin ilkin hədəfə çevrilməsi dayanır. Daha böyük yolu isə Avropa İttifaqı ilə münasibətləri, Şərq tərəfdaşlığı Proqramındakı iştirakçılığı gücləndirmək, Avropa Qonşuluq siyasətinin uğurla davam etməsinə çalışmaq, viza məsələlərinin sadələşdirilməsi dayanır.

Azərbaycan qəti şəkildə yeni dünya düzənində artıq hansı cəbhədə olduğuna qərar verməlidir.

İki yüz illik tarix və mövcud durum Azərbaycanın mütləq şəkildə Qərbə inteqrasiyadan və gözlənilən vahid dünyanın bir parçası olmasından başqa bir yolunun qalmadığını göstərir.

Buna da bax: "Dağlıq Qarabağda statusun həlli niyə mümkün deyil"

Azərbaycan və yeni dünya düzəni

Bir neçə gün öncə Amerikada seçkilərdə respublikaçıların namizədi Donald Tramp Nobel Sülh Mükafatına layiq görülmüş prezident Barack Obamanı İŞİD-i yaratmaqda ittiham etdi.

Trampın bu əsassız iddiası Hillary Clintonu müdafiə edən prezident Obamanı gözdən salmağa, onun son 8 ildə qazandığı nüfuza zərbə vurmağa hesablanmışdı.

ABŞ-ın indiki prezidenti Obama və prezidentliyə namizəd Hillary Clinton.
ABŞ-ın indiki prezidenti Obama və prezidentliyə namizəd Hillary Clinton.

Tramp bu iddiadan sadəcə seçki kampaniyasının bir parçası olaraq istifadə etdi və ən yüksək kürsüdən səsləndirdi. Buna qədər isə illərdir üçüncü dünya ölkələrində və Rusiyada belə iddialar səsləndirilir. İki yüz ildir müstəmləkə siyasətinə ara verməyən, postsovet ölkələrini əldə saxlamaq üçün onların ərazisində separatçı qurumlar yaradan, bəzən isə daha da vəhşiləşərək dünyanın gözü qarşısında Ukraynanın suverenliyini, ərazi bütövlüyünü pozaraq Krımı ələ keçirən Rusiyanın əbədi rəqibi Amerikaya qarşı belə ittihamlar səsləndirməsini başa düşmək olar. Lakin üçüncü dünya ölkələrindəki anti-amerikan əhval ruhiyyə isə yeni dünyaya tab gətirə bilməyən məğlubların uydurduqları konspiroloji teoriyadır, təhsilsizliyin, şəriətin, təbliğatın əsiri olan xalqların beyinlərində formalaşdırdıqları mifdən başqa bir şey deyildir.

Azadlıq adası olan ABŞ-a qarşı üçüncü dünya ölkələrində olan bu mif bu xalqların hökumətləri tərəfindən öz içlərinə qapılmalarına, inkişaf əvəzinə təcrid yolunu seçərək daha rahat idarə edilmələrinə səbəb olur.

Amerikanın qarşısında durmaq, vahid dünyanın parçası ola bilməmək Azərbaycan daxil heç bir ölkəyə müsbət nəticə gətirməyəcəkdir.

Ya biz şərq qılafına bürünüb bu yenilikləri pisləyəcək, beynimizdə uydurduğumuz düşmənə qarşı yenə də beynimizdə uydurduğumuz bir xilaskar intizarında olacaq, şərq bataqlığında batıb yox olacağıq...

Yeni dünya düzəni açıq rəqabət və açıq paylaşma təklif edir. Hansı dövlətlər bu rəqabətə yönəlik siyasətə üstünlük verəcək, ortadakı paydan yararlanaraq əsas hədəfə xidmət edəcək həmin ölkələr və xalqlar yaxın dünyanın dizaynının memarları sırasında yer alacaq.

Dünya artıq təkcə ölkələrdən, hətta iri şirkətlərdən, qurumlardan, birliklərdən ibarət deyil. Hər ötən gün davam edən texnoloji inqilab, kosmik tədqiqatlar, gen mühəndisliyi çalışmaları dünyada bizim hələ də dərk edə bilmədiyimiz başqa hədəflər uğrunda mübarizənin olduğunu göstərir.

Ya biz şərq qılafına bürünüb bu yenilikləri pisləyəcək, beynimizdə uydurduğumuz düşmənə qarşı yenə də beynimizdə uydurduğumuz bir xilaskar intizarında olacaq, şərq bataqlığında batıb yox olacağıq – bəli yox olacağıq –

Yazıçı Dilqəm Əhməd.
Yazıçı Dilqəm Əhməd.

ya da ki daha aydın bir qərar verib, yönümüzü dəqiq çizərək yüz il sonra da olsa, bəşəriyyətin gerçək sahibi olan dövlətlər və millətlərlə bərabər eyni sırada dayanıb inkişafın təntənəsini yaşayacağıq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG