Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:59

Türkiyə polisi İstanbuldakı 3 məhkəmə binasında reyd keçirib.

Məlumatı avqusdun 15-də “Doğan” agentliyi yayıb.

Hakimiyyət bundan əvvəl, 15 iyul uğursuz qiyam çəhdilə bağlı istintaq çərçivəsində 173 məhkəmə işçisinin həbsinə order verib.

Polis Ədliyyə idarəsinin İstanbuldakı baş ofisi və daha iki məhkəmə binasında axtarış aparıb.

Bir neçə nəfərin saxlandığı və ifadə vermək üçün polisə aparıldıqları xəbər verilir.

Ankara dəfələrlə bəyan edib ki, bu qiyam cəhdinin arxasında hazırda ABŞ-da yaşayan Fətullah Gülen durur və onun verilməsi ilə bağlı artıq Vaşinqtona sənədlər göndərib.

Amma Gülen ittihamı rədd edir.

Qiyam cəhdindən sonra ölkədə azı 17 min adam həbs edilib, hakim, hərbçi və digər dövlət qulluqçuları da daxil olmaqla 70 mindən çox adam işdən kənarlaşdırılıb.

Qeyd edək ki, qiyam vaxtı 240-dan çox adam ölüb , 2 mindən çox adamsa yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG