Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:43

Usain Bolt Rioda keçirilən yay olimpiya oyunlarında növbəti dəfə çempion oldu.

Olimpiadaya qədər onun 6 qızıl medalı var idi, bu dəfə isə yeddiqat olimpiya çempionu oldu.

O, 100 metrlik məsafəni 9, 81 saniyəyə qət edərək yarışda əsas rəqibi amerikalı Castin Getlini (Justin Gatlin) geridə qoyub.

Onun bu qələbəsi vətəni Yamaykada toy-bayramla qarşılanıb.

“Allahım, o canlı əfsanədir və bunu bir daha sübut elədi. Yamaykalı olmağımla fəxr edirəm”, Kinqston sakini deyir.

Digər balaca şəhər sakini isə sevincini belə bölüşür: “Sevinc içindəyəm, Usain Bolt böyükdür. 3-cü olimpiadadır ki, dalbadal-dünyanın birincisi olur.”

Husain Bolt Yamaykanın tarixində ən şöhrətli idmançıdır. Sürətinə görə “İldırım” ləqəbi alıb.

İdmançı bundan əvvəl, “Rio-2016”-nın onun üçün sonuncu olimpiada olacağını və karyerasını 2017-ci il dünya çempionatından sonra başa vurmaq istədiyini deyib.

Olimpiadanın sonuncu-bağlanış günü, idmançının 30 yaşı tamam olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG