Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:23

Avqustun 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 20-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da avqustun 16-da ciddi yağıntı gözlənilmir. Amma gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Gecə 20-25, gündüz 31-36, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti gözlənilir.

Ötən həftə temperatur Bakıda 40, ölkənin Aran rayonlarında 43 dərəcəyə yüksəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG