Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:33

-

Rusiya Paralimpiya Komitəsi Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) qərarından apelyasiya şikayəti verib. BPK rusiyalı atletlərin sentyabrın 7-18-də Rio de Janeyrodakı yarışlara qatılmasını qadağan etmişdi.

Rusiya avqustun 15-də bildirib ki, İdman üzrə Arbitrasiya Məhkəməsinə şikayət göndərib və avqustun 21-də işə baxılmalıdır.

Qərar avqustun 22-ə gözlənilir.

BPK bu ayın əvvəlində Rusiya komandasının 270 üzvünə qadağa qoyub. Səbəb Rusiyanın atletlərə dövlətin nəzarəti altında dopinq verilməsidir. Bu barədə ilk dəfə Ümumdünya Antidopinq Agentliyi məlumat yayıb.

Beynəlxalq Olimpiya Komitəsi isə 100-dən artıq rusiyalı atletə qadağa qoymuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG