Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:10

-

Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu NATO-nun bəzi üzv dövlətlərini avadanlıq satmaqdan, yaxud ölkəsiylə kəşfiyyat məlumatı bölüşməkdən imtina etdiyinə görə tənqid edir. Avropa Birliyi isə Ankaranı “alçaltdığına” görə sərt tənqidə məruz qalıb.

Avqustun 15-də Almaniyanın “Bild” qəzetində dərc olunmuş müsahibədə Cavusoglu deyib ki, “biz tərəfdaşlarımızla silah sistemlərinin alışı və satışı üzrə əməkdaşlıq etməliyik”.

O, həmçinin vurğulayıb ki, Türkiyə “NATO-nun ən böyük tərəfdarlarından biri” olaraq qalır və Ankaranın bloku tərk etməsi barədə səslənən fikirlər “biz tərəfdən deyil, antitürk dairələr tərəfindən dövriyyəyə buraxılır”.

Cavusoglu onu da deyib ki, AB Türkiyənin miqrant böhranının həllindəki rolu əvəzində vizasız gediş-gəlişə razılıq verməməklə Ankaranı “alçaldır”.

Nazir söyləyib ki, Türkiyə “AB-yə üzvlüyün şərtlərini yerinə yetirməkdən ötrü” dərin səylər göstərib, ancaq əvəzində “yalnız təhdid, təhqir və tam blokadayla” üzləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG