Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:04

Ukrayna Milli Bankı yaxın 2 il yarımda işçilərinin sayını 2 dəfə azaldacaq. Bunu Milli Bankın mətbuat xidməti bildirir.

Məqsəd “müasir, Avropa bank sisteminə inteqrasiya olunan mərkəzi bank yaratmaqdır”.

2015-ci ilin əvvəlində Milli Bankda 11800 adam işləyirdi. Keçən il birinci yenidənqurmada işçilərin 6500 nəfəri ixtisar olundu. Hazırda bankda 5300 adam işləyir.

Mərkəzi Bankda ixtisar Rusiyada da gedir. Rusiya Mərkəzi Bankının sədr müavini G.Luntovski mayda demişdi ki, bu il MB-da 2400 nəfər ixtisar olunacaq.

XS
SM
MD
LG