Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:17

“Rusiyayla münasibətlərdə qarşıdurma yoxdur”


Frank-Walter Steinmeier, arxiv fotosu

Frank-Walter Steinmeier, arxiv fotosu

-

Almaniyanın Xarici işlər naziri Frank-Walter Steinmeier deyir ki, Rusiyayla Qərbin münasibətlərində “qarşıdurma” yoxdur. O, gələn illər ərzində Moskvayla Berlinin əlaqələrinin yaxşılaşacağını söyləyib.

Steinmeier avqustun 15-də Rusiyanın Yekaterinburq şəhərində bir universitetdə çıxış edib. Deyib ki, Ukraynanın şərqində münaqişənin dayandırılmasından ötrü hələ də imkanlar var və Minsk sülh prosesi belə cəhdlərin mərkəzində dayanmalıdır.

Almaniya xarici siyasət idarəsinin rəhbəri Rusiya və Qərbi “Rusiya – NATO Şurasının yaratdığı imkanlardan” yararlanmağa çağırıb.

Steinmeier bu gün rusiyalı həmkarı Sergei Lavrov-la görüşəcək. Lavrov avqustun 14-də deyib ki, Almaniyayla münasibətlərin gərginləşməsi “bizim günahımız deyil”.

Günün bütün mövzuları

XS
SM
MD
LG