Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 02:14

Bu gün, avqustun 15-də Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsindən apelyasiya şikayəti verib.

Bunu Natiq Cəfərlinin vəkili Cavad Cavadov bildirib.

C. Cavadov qeyd edir ki, N. Cəfərlinin həbsinə hər hansı bir əsas yoxdur. Onun sözlərinə görə, faktiki olaraq vaxtı ilə QHT-lərlə bağlı qaldırılmış və sonradan xitam verilmiş cinayət işi bərpa edilib.

Buna da bax: Natiq Cəfərli həbs edildi [reportaj, videolar]

“Odur ki, N. Cəfərlinin həbsi qanunsuzdur və o azad edilməlidir”, deyə C. Cavadov bildirib.

Avqustun 12-si gecə saatlarında Nəsimi Rayon Məhkəməsi REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.

Buna da bax: REAL: «Natiq Cəfərlinin həbsi İlham Əliyevin göstərişi ilə olub»

Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG