Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 14:22

Avqustun 14-də Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşlarının külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısını aldıqları bildirilir.

Bu barədə DGK məlumat yayıb.

«İran İslam Respublikasından gələn yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilib və bu zaman avtomobilin gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.

Bundan sonra, Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb. Nəqliyyat vasitəsindən xeyli miqdarda narkotik vasitə - heroin aşkar olunub»-deyə məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan keçməklə Gürcüstana getmək istədiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır və ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

APA İnformasiya Agentliyi isə DGK istinadən xəbər verir ki, saxlanan narkotik vasitənin çəkisi 141 kiloqram olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG