Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:05

Atəşkəslə bağlı 15 avqust açıqlaması


Dağlıq Qarabağda erməni artileriyası
Dağlıq Qarabağda erməni artileriyası

Müdafiə nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 19 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy və Xocavənd rayonları istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Buna da bax: Prezident Sergey Şoyqunu qəbul edib

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG