Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Kürdlər Mosula doğru irəliləyirlər


Mosul yaxınlığında qaçqın düşərgəsi, arxiv fotosu

Mosul yaxınlığında qaçqın düşərgəsi, arxiv fotosu

-

İraqdakı kürd qüvvələr bildirirlər ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının nəzarətində olan Mosul şəhərinin şərqində beş kəndi yenidən ələ keçiriblər. Əməliyyat avqustun 14-də başlanıb.

Kürd regionunun Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, ABŞ-ın dəstəklədiyi kürd qüvvələr “daha bir neçə kəndi təmizləməyi” hədəfləyirlər. Bəyanata görə, 50 kvadrat kilometrlik ərazi təmizlənib. ABŞ koalisiyasının əməliyyatı hava zərbələriylə dəstəklədiyi bildirilir.

Peşmərgələrin briqada generalı Dedewan Khurshid Tofiq avqustun 14-də deyib ki, əməliyyat “davam edir”.

İraqın ikinci böyük şəhəri olan Mosulu İŞİD 2014-cü ilin ortalarında tutub. İraqın baş naziri Haidar al-Abadi bu ilin sonunadək şəhəri yenidən alacaqlarına and içib.

Günün bütün mövzuları

XS
SM
MD
LG