Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 11:01

-

İdman üzrə Arbitrasiya Məhkəməsi rusiyalı uzağa tullanan Darya Klishina-ya qarşı qadağanı qaldırıb, o, Braziliyada olimpiya oyunlarına qatıla biləcək.

Məhkəmə avqustun 15-də elan edib ki, Klishina-nın şikayəti təmin olunub.

Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyası (AFBA) avqustun 13-də Klishina-nı yarışmadan uzaqlaşdırmışdı.

Klishina Rusiyanın dopinq qadağasından yayınmış yeganə yüngül atletidir. O, yarışlara üç gündən sonra qatılacaq. O, “təmiz” olduğunu dəfələrlə sübut etdiyini, AFBA-nın bu qərarla ona “xəyanət etdiyini” deyirdi.

AFBA Klishina-ya qadağanın səbəbini açıqlamasa da, idmançı bunun Rusiyanın dopinq qalmaqalıyla bağlı olduğunu deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG