Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:19

«Daşkəsən Filizsaflaşdırma»ya məsləhətçi axtarılır


«Daşkəsən Filizsaflaşdırma» ASC binası

«Daşkəsən Filizsaflaşdırma» ASC binası

Bu məqsədlə avqustun 14-də tender elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) «Daşkəsən Filizsaflaşdırma» Açıq Səhmdar Cəmiyyətini özəlləşdirmək üçün məsləhətçi axtarır. Bu məqsədlə avqustun 14-də tender elan edilib.

Elandan bilinir ki, məsləhətçi şirkətin işi heç də az olmayacaq. Bu şirkət müəssisənin SWOT təhlilini (şirkətin daxili və xarici durumunun incələnməsində istifadə olunan üsullardan biri) aparacaq, maliyyə-iqtisadi durumunu öyrənəcək. Səhmdar cəmiyyətinə qiymət qoymaq, onun investisiya ehtiyaclarını öyrənmək də məsləhətçiyə həvalə ediləcək.

Məsləhətçidən daha nə tələb olunur?

Müəssisənin özəlləşdirilməsinə yerli və xarici investorların cəlb olunmasından ötrü potensial investorlar siyahısının və keçiriləcək investisiya müsabiqəsinin şərtlər toplusu layihəsinin hazırlanması da qalib məsləhətçi şirkətə tapşırılacaq.

Buna da bax: Daşkəsən dəmiri uğrunda 3-cü mübarizə başlanıb

Məsləhətçi potensial investorlara təqdim olunmaq üçün müəssisə haqqında məlumat memorandumunu hazırlamalı, investisiya müsabiqəsinə qatılanların təklifləri qiymətləndirilərkən, komissiyaya kömək etməlidir.

Təkliflər sentyabrın 27-dək verilməlidir

Sözügedən şirkətin seçiminə dair təkliflər sentyabrın 27-dək təqdim edilməlidir. Tenderə qatılan iddiaçılar dövlət büdcəsinə 1000 (min) manat ödəməlidir. Ancaq ƏMDK qalib şirkətlə hesablaşmanın hansı şərtlərlə aparılacağını bildirmir.

Buna da bax: Metallurgiya nəhənginə 1 milyard qiymət qoyuldu

Bir qayda olaraq, məsləhətçilər belə müsabiqələrə audit, maliyyə və hüquq şirkətlərindən ibarət konsorsium şəklində qatılırlar. Onların əməyi birdəfəlik məbləğ və ya yatırılacaq investisiyanın həcmindən asılı olaraq, «uğura görə mükafat» formasında ödənilir.

13 ildə 3-cü özəlləşdirmə cəhdi

«Daşkəsən Filizsaflaşdırma» ASC-nin özəlləşdirməyə açılmasına dair fərman iyulun 13-də verilib. Həmin müəssisə 2013-cü ilin aprelində «Det.Al Holding» şirkətindən alınaraq, dövlətə məxsus «Azərbaycan Polad İstehsalı Kompleksi» QSC-yə verilmişdi.

Buna da bax: Daşkəsəndə işçilər etiraz aksiyası keçirdi

Müəssisə 2003-cü ildən bəri 3-cü dəfədir ki, özəlləşdirməyə çıxarılır. Cəmiyyətin səhmlərinin 0,72 faizi onun əmək kollektivinin üzvlərinə məxsusdur.

Görüşdə hərbi-texniki əməkdaşlıq, o cümlədən Dağlıq Qarabağ probleminin müzakirə olunacağı gözlənilir.

Buna da bax: Əliyevlərin Daşkəsəndə qızıl payı [video]

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG