Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:23

Lavrov Almaniyanı ittiham edir


Sergei Lavrov (sağda) və Frank-Walter Steinmeier, arxiv fotosu

Sergei Lavrov (sağda) və Frank-Walter Steinmeier, arxiv fotosu

-

Alman həmkarıyla danışıqlardan bir gün öncə Rusiyanın xarici işlər naziri Sergei Lavrov Berlini iki ölkə arasındakı gərginliyə görə ittiham edib.

“Almaniyayla münasibətləri üstün tuturuq və onların çətin dönəmdə olması bizim günahımız deyil”, Lavrov avqustun 14-də Rusiyanın Sverdlovsk vilayətinin paytaxtıYekaterinburqda buranın qubernatoruyla görüşdə deyib.

Lavrov alman həmkarı Frank-Walter Steinmeier ilə avqustun 15-də burada görüşəcək. Onlar enerji məsələlərini, eləcə də Suriya və Ukrayna böhranlarını müzakirə edəcəklər.

Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra ölkənin şərqində başlanmış müharibədə 9 min 500 nəfərdən çox adam həlak olub.

Almaniya Rusiyaya qarşı Avropa Birliyi sanksiyalarının saxlanmasına tərəfdar çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG