Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

Türkiyə sərhədi yaxınlığında azı 15 nəfər ölüb


Suriya, arxiv fotosu

Suriya, arxiv fotosu

-

Suriyanın Türkiyə ilə sərhədində intiharçı avtobusun içində partlayış törədib, azı 15 nəfər ölüb, 25 nəfər yaralanıb.

Suriya İnsan Haqları Təşkilatı bildirir ki, hadisə avqustun 14-də gecə Atmeh keçid məntəqəsində baş verib. Avtobusdakılar Suriya müharibəsinə gedən döyüşçülər idi.

Sosial mediada dolaşan fotolarda avtobusun yanmış qalıqları, yaralılara yardım edən tibb işçiləri görünür. Ancaq “Reuters” agentliyi bunları dərhal təsdiqlədə bilməyib.

Türkiyənin CNN Turk televiziyası partlayışın Suriyadakı Atmeh qaçqın şəhərciyinin girişində törədildiyini bildirir.

Atmehin yerləşdiyi İdlib vilayəti Prezident Bashar al-Assad rejiminə qarşı savaşın müxalifətin əsas məkanıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG