Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:20

Mosul uğrunda həlledici döyüşlər başlayıb


İraqın Mosul şəhəri ətrafında döyüşlər gedir
İraqın Mosul şəhəri ətrafında döyüşlər gedir

Avqustun 14-də İraqın Kürdistan regionunda döyüşçülər özünü İslam Dövləti adlandıran yaraqlıların əlində olan Mosulu almaq üçün həlledici hücuma keçiblər.

Bildirilir ki, hücumun ilk saatlarında 6 kənd ələ keçirilib.

Hücumda artilleriya atəşindən və ABŞ-ın rəhbərlik edən koalisiyanın hava qüvvələrindən istifadə edilib.

Buna da bax: İŞİD itirə-itirə gedir

Mosul Bağdadın 400 km-də yerləşir və İslam Dövləti-nin ilk zəbt etdiyi ərazilərdən biridir. Hesab edilir ki, İslam Dövləti Mosulu özünün paytaxtı sayır.

İraqın baş naziri Haidar al-Abadi vəd edib ki, şəhər bu ilin sonuna kimi geri qaytarılacaq.

XS
SM
MD
LG