Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 21:04

Rusiyanın bu yaxınlarda qəbul etdiyi «Yarova qanunu»nun ləğv edilməsi üçün 100 mindən çox imza toplanıb.

«Yarova qanunu» kimi tanınan qanuna əlavə güc strukturlarına internet və mesencer istifadəçilərinin yazışmalarını oxumağa giriş imkanı verilməsini dəstəkləyir.

Əlavəni «terrorizm əleyhinə» qanununa Dövlət Dumasının deputatı İrina Yarova təklif etmişdi.

Prezident V. Putinə və baş nazir D. Medvedevə ünvanlanmış müraciətdə bu təşəbbüsün müəllifləri bildirirlər ki, «Yarova qanunu»nun icrası zamanı həm dövlət büdcəsinə böyük xərclər yarada bilər, həm də bu, insan haqlarını pozur. Müraciətdə vurğulanır ki, yeni qanun internet şirkətlərini müflis edə bilər, bu isə nəticədə vergilərin azalmasına səbəb olacaq.

XS
SM
MD
LG