Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

Atəşkəslə bağli 14 avqust açıqlaması


Dağlıq Qarabağda erməni əsgəri

Dağlıq Qarabağda erməni əsgəri

Müdafiə nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 15 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Ağstafa və Qazax rayonlarındakı mövqeləri atəşə tutulub.

Bundan başqa , Berd rayonundan Tovuz rayonunun Muncuqlu kəndinin vurulduğu açıqlanıb.

Habelə, Krasnoselsk rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonundakı mövqeləri hədəf seçilib.

Nazirliyin bildirməsinə görə, Tərtər, Füzuli, Goranboy və Cəbrayıl rayonları istiqamətlərindən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG