Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:53

2 min əsir azad edildi


Demokratik Suriya Qüvvələrinin üzvləri Mənbic küçələrində.
Demokratik Suriya Qüvvələrinin üzvləri Mənbic küçələrində.

Suriyada müxalif hərbi birləşmə özünü «İslam Dövləti» adlandıran yaraqlıların əsir aldığı dinc sakinləri xilas edib.

«Reuters» xəbər verir ki, müxalif hərbi birləşmə avqustun 13-də yaraqlıların əlində olan Mənbic şəhərində nəzarəti tam ələ keçirib.

Şəhərin 2 minə yaxın əsir saxlanan sakini azadlığa buraxılıb. Yaraqlılar onları qurduqları əsir düşərgəsində saxlayırmışlar.

Şəhərdə minadan təmizlənmə işləri aparılır. Əməliyyatda kürd və ərəb bölmələri iştirak edib. Onları havadan ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri dəstəkləyib.

«İslam Dövləti» yaraqlıları Mənbic şəhərinə 2014-cü ildən nəzarət edirdilər. Şəhər üzərində nəzarəti itirəndən sonra yaraqlılar Türkiyə ilə sərhəddəki, 3 ildir «İslam Dövləti»ndə olan Cerablus şəhərinə istiqamətləniblər.

XS
SM
MD
LG