Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:26

ABŞ-da Demokratlar Partiyasının Konqresə Seçki Komitəsinin internet servisinə yenə haker hücumu olub və bəzi məlumatlar oğurlanaraq internetdə yayılıb. Demokratların mobil telefonları və elektron ünvanları da yayılan məlumatlar arasındadır.

Komitə Konqresdəki üzvlərini onlara tanımadıqları e-ünvanlardan gələn məktubları açmamağa, tanımadıqları nömrələrdən gələn zənglərə cavab verməməyə çağırıb.

Hücumu «Hycifer» ləqəbli haker öz üzərinə götürsə də, təhlükəsizlik orqanları, ölkə mətbuatı hesab edir ki, bu ad altında Rusiya hərbi kəşfiyyatı ilə əlaqədə olan haker qrupu gizlənir.

Bu, Demokratlar Partiyasına məxsus elektron sənədlərin oğurlanması ilə bağlı ilk hal deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG