Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 01:59

Rio Olimpiadasında iranlı ağırlıqqaldıran Kianoush Rostami dünya rekordunu təzələyərək ölkəsinə ilk qızıl medalı qazandırıb.

85 kq çəkidə yarışa qatılan idmançı 396 kq-lıq ağırlığı qaldırıb. O, bununla özünün əvvəlki 395 kq rekordunu da təzələyib.

Çinli Tian Tao isə 395 kq-lıq ağırlıq qaldırıb və gümüş medal qazanıb. Rumıniyalı Gabriel Sincraian bürünc medal alıb.

Rostami Tian-a qalib gəldiyini bilən kimi dizlərini yerə qoyub platformanı öpüb, sonra da başını yuxarı qaldıraraq sanki dua oxuyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG