Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

Yanğında 10 nəfər tüstüdən zəhərlənib


Foto arxiv
Foto arxiv

Fövqəladə Hallar Nazirliyi Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat açıqlayıb.

FHN-in saytında yayılan xəbərə görə, Sabunçu rayonunda «BIG Store» ticarət mərkəzinin 300 kv.m sahəsi yanıb. Mərkəzin ümumilikdə 4000 kv.m sahəsi olduğu bildirilir.

Xəbərdə qeyd edilir ki, yüksək temperaturdan tavan 1050 kv.m sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) təhlükəsiz yerə təxliyə olunub. Onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya şöbəsinə aparılıb.

Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğının saat 09:43-də söndürüldüyü bildirilir.

Ancaq Fövqəladə Hallar Nazirliyi yanğının başvermə səbəbini, hələlik, açıqlamayıb.

XS
SM
MD
LG