Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:40

Bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyənin xarici ölkələrdə çalışan 32 diplomatı hərbi çevrilişə cəhddən sonra ölkəyə qayıtmaqdan imtina edib və Türkiyə hökumətindən gizlənib.

Mevlüt Çavuşoğlu bildirib ki, Ankara onların ekstradisiyasını tələb edir.

İyulun 15-də Türkiyədə bir qrup hərbçinin dövlət çevrilişinə cəhdi uğursuz nəticələnəndən sonra ölkədə kütləvi həbslər başlayıb, minlərlə dövlət məmuru öz vəzifələrindən çıxarılıb.

Türkiyə hadisələrdə dini xadim, ABŞ-da yaşayan Fethullah Gülen-in əli olduğunu bildirir və onun geri verilməsini tələb edir. ABŞ bu tələbin yerinə yetirilməsi üçün əsaslı sübutlar istəyir.

Fethullah Gülen isə olaylarla heç bir bağlılığı olmadığını bildirir.

Dövlət çevrilişinə cəhdlə bağlı istintaq aparılsa da, hələ ki, ictimaiyyətə bu olayların əsl səbəbləri və təşkilatçıları barədə faktlar təqdim edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG