Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:04

Gülən deyir ki, ittihamlar sübuta yetirilsə Türkiyəyə dönəcək


Fethullah Gulen

Fethullah Gulen

Türkiyənin dövlət çevirilişinə cəhddə ittiham elədiyi Fətullah Gülən bildirib ki, əgər ona qarşı irəli sürülən ittihamlardan bir neçəsi sübuta yetirilsə Türkiyəyə dönəcək.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Amma o qeyd edib ki, bunun üçün beynəlxalq istintaq komitəsi yaradılmalıdır.

Gülən Türkiyədə müstəqil məhkəmə sistemi olmadığını bildirib.

O, hazırda Birləşmiş Ştatlarda yaşayır.

Türkiyə onun verilməsini tələb edir.

Fətullah Gülən ittihamı rədd edir.

İyulun 15-də Türkiyədə edilən hərbi çeviriliş cəhdində 250-dən çox adam ölüb, 2 mindən çox adam ölüb.

Bundan sonra 10 mindən çox adam həbs edilib, 60 mindən çox adamsa saxlanıb və ya işdən kənarlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG