Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:14

-

2016-cı ilin ilk 6 ayında ölkə iqtisadiyyatına 6,8 milyard manat investisiya qoyulduğu bildirilir.

Mərkəzi Bankının bu ilin yanvar-iyun ayları ilə bağlı “Pul siyasəti” icmalında qeyd edilir ki, neft sektoruna 4.5 milyard, qeyri-neft sektoruna 2.3 milyard manat investisiyalar yönəldilib.

Rəsmi rəqəmlərə görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkə iqtisadiyyatına investisiya qoyluşu1 milyard manatdan çox azalıb.

Dövlətin payı azalıb

Cəmi investisiya qoyuluşlarının 25.2 faizi dövlət (2015 I yarımilində 29.3 faiz), 74.8 faizi də özəl sektorun (2015 I yarımilində 70.7 faiz) payına düşüb. İnvestisiyaların həcminin sənayedə 13.4, tikintidə də 7.7 faiz artdığı qeyd edilir.

Məlumatda bildirilir ki, qeyri-neft sektoruna qoyulan investisiyanın 4.6 faizi sənayedə istifadə edilib: “İnvestisiyaların 37.1 faizi daxili mənbələr, 62.9 faizi də xarici mənbələr hesabına formalaşıb”.-məlumatda qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG