Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:29

'Hicablı müsəlman qadınların iş ərizələrinə baxılmır'


Illüstrasiya
Illüstrasiya

►Britaniyanın İcmalar Palatası Qadınlar və Bərabərlik Komitəsinin araşdırmaları bəzi qadınların yaxşı işə götürülmək üçün baş örtüyündən imtina etməyə yönləndirildiyini üzə çıxarıb

Britaniya Parlamentinin İcmalar Palatası üzvlərinin açıqladığı hesabatda deyilir ki, baş örtüklü müsəlman qadınların iş ərizələri çox zaman baxılmadan kənara qoyulur.

Sənəddə qeyd edilir ki, özəlliklə hüquq və ona yaxın peşələrə yiyələnib, başlıca əngəlləri aşan yüksəkixtisaslı qadınların işlərinə baxılmır. Onların "tabe olmağa meylli və zəif" olmasına dair əsassız düşüncələr səbəb göstərilir.

İcmalar Palatası Qadınlar və Bərabərlik Komitəsinin araşdırmaları bəzi qadınların yaxşı işə götürülmək üçün baş örtüyündən imtina etməyə yönləndirildiyini üzə çıxarıb.

Buna da bax: Kann çimərliyində burkini qadağası

Onlardan ərə gedib-getmədiklərini…

Qadınların bir başqa qismi isə iş müsahibələrində qanunsuz dindirilməyə məruz qaldığını deyib. Onlardan ərə gedib-getmədiklərini, uşaqlarının olub-olmamasını, uşaq istəyib-istəmədiklərini soruşublar. İşləyən hicablı qadınlarsa mühüm vəzifələrə təyin olunmadıqlarını söyləyiblər. Səbəbsə - onların işgüzar səfərlərə getməsinə "icazə verilmədiyi" barədə düşüncələrdir.

Hesabat müsəlman icmasında işsizliyin aradan qaldırılmasından ötrü təcili tədbirlərin görülməsinə çağırıb. Sənəddə müsəlman icmasındakı işsizliyin (12,8 %) ümumi əhali arasındakı işsizlik səviyyəsinin (5,4 %) iki qatından çox olduğu qeyd edilir. O da bildirilir ki, təcili tədbirlər görülməsə, cəmiyyət daha çox bölünə bilər.

İcmalar Palatası şirkətləri "adsız" iş ərizələri tətbiq etməyə də çağırıb. Bu, müsəlmanlara və digər azlıqlara aid namizədlərə münasibətdə "düşüncəsiz qərəzi" azaltmağa yönəlib. Hesabatda, lazım gələrsə, qanuna dəyişiklik edilməsi də vurğulanıb.

Buna da bax: Hollandiyada da minarəyə qadağa təklifi

Ötən il ABŞ prezidenti…

Ötən il ABŞ prezidenti Barack Obama öz çıxışında “Jamalı yox, Johnny-ni iş müsahibəsinə dəvət etmək istəyi"nə toxunmuşdu. Hesabat bir növ həmin ifadəni əks etdirir.

İcmalar Palatasının sözügedən komitəsi bu hesabatı hazırlarkən, ekspert və ayrı-ayrı fərdlərdən məlumat toplayıb. Lüton şəhərində bir qrup müsəlman gənclə də söhbət aparılıb və komitə həm öz icmasının, həm də bütövlükdə cəmiyyətin basqısıyıa üzləşən qadınları da axtarıb tapıb.

Araşdırma nəticələrinə görə, müsəlmanlara belə yanaşma bir çoxlarını iş yerlərinə ərizə verməkdən çəkindirir.

Bəzi hallarda isə müsəlman qadınlar ancaq gecə vaxtı yol getməyi nəzərdə tutmayan iş yerlərinə üz tutmağa çalışırlar. Bu da müsəlman qadınlara hücum hallarının artmasından irəli gəlir.

“Bu ölkədə hər kəs…”

Hesabatı hazırlayan xüsusi parlament komitəsinin sədri Maria Miller deyir: "İnsanların müsəlman qadınlara ayrıseçkiliyi… ayrıseçkilik saymadığına dair güclü dəlilləri var… Bəzi qadınlara başqalarından daha çox bərabərlik verə bilməzsiniz. Bu ölkədə hər kəs eyni qanuna tabedir və müsəlman qadınlar da digər qadınlar kimi istədikləri kimi geyinə bilərlər. Onlar buna görə ayrıseçkilikdən əziyyət çəkməməlidirlər".

Komitə sədri onu da bildirib ki, müsəlman qadınlar gözəçarpan səviyyədə institusional irqçiliklə üzləşirlər.

Xəbərdarlıq

Parlament komitəsi bir xəbərdarlığı da diqqətə çatdırıb. Komitənin fikrincə, hökumətin daha öncə məktəblərdə tətbiq etdiyi "Önləmə" strategiyası müsəlmanların üzləşdiyi qeyri-bərabərliyi daha da dərinləşdirərək, gərginliyi artırıb. Həmin strategiyaya görə, müəllimlər potensial radikallaşma əlamətlərini hiss edincə, bu barədə məlumat verməlidirlər:

“Komitə hesab edir ki, müsəlmanların işlə təminatına dəstək göstərmək və ekstremizmə qarşı tədbirlər arasında aydın məsafə saxlanmalıdır".

O həmçinin qeyd edib ki, araşdırmanı aparan qrup əvvəlcə müsəlman qrupları ilə görüşməyə çətinlik çəkib. "Onlar bizim Parlamentdən olduğumuzu eşidəndə bizim Qabaqlama Strategiyası ilə əlaqəli olduğumuzu düşünürdülər. Biz də onlara izah etməli olurduq ki, komitə olaraq bizim hökumətlə heç bir əlaqəmiz yoxdur," o əlavə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG