Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:33

Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək


Cahangir Hacıyev
Cahangir Hacıyev

►“Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməyi düşünürük ”

Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin vəkillərindən Aqil Layıcov bunu Turana sabiq bankirin həyat yoldaşının cinayət işindən danışarkən deyib.

Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin Z.Hacıyeva ilə bağlı qərarı tamamilə gizli şəraitdə qəbul edilib.

Buna da bax: Beynəlxalq Bankda girovda olan əmlak satılır

Z.Hacıyeva barədə qərar gizli verilib

“Məhkəmənin keçirilməsi və qəbul edilmiş qərarla bağlı Z.Hacıyevaya və onun vəkilinə, qohumlarına xəbər verilməyib. Z.Hacıyevanın vəkili olduğu halda, özləri vəkil seçib. Seçdikləri vəkil adi qaydada apellyasiya şikayəti də verməyib. Bizim məhkəmənin qərarından iyunun 17-də mediada məlumat dərc ediləndən sonra xəbərimiz olub. Apellyasiya şikayəti vermişik. Apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması ilə bağlı proses oldu və müddət bərpa olunmadı. Biz bundan da apellyasiya şikayəti verəcəyik. Apellyasiya baxışından sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməyi düşünürük. Çünki gizli məhkəmə, yersiz qadağalar, vəsatətlərimizin təmin edilməməsi fundamental hüquq pozuntusudur”, - o qeyd edib.

Vəkil Z. Hacıyevanın məhkəməyə gəlib-gəlməyəcəyi ilə bağlı sualın cavabında deyib ki, O, məhkəməyə gəlmək istəyində deyil.

Buna da bax: Keçmiş bankirin bacısından nazirə ittiham

“Çünki ona qarşı qərəzin olması əsas verir ki, Azərbaycana gəlməsin. Onu məhkəmədə vəkil təmsil edir”, - A.Layıcov bildirib.

Cahangir Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Ona və cinayət işindəki 7 nəfərə 179.3.2 (mütəşəkkil dəstə tərkibində iri həcmdə mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.2 ( vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələr ilə ittiham irəli sürülüb.

Vəkillərdən Əfqan Məmmədov bir qədər əvvəl C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil demişdi ki, C.Hacıyev mənimsədiyi deyilən vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.

Ötən ay keçmiş bankirin həyat yoldaşı barəsində də həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarı verilmişdi. Bu haqda hüquq mühafizə qurumları açıqlama da yaymışdılar.

Keçmiş baş bankirin mənimsəmədə ittiham edilən həyat yoldaşı hazırda xaricidədir. Ölkə mediasında Z.Hacıyevanın axtarışının dayandırılması barədə xəbərlər yayılmışdı. Vəkil bu barədə onlarda məlumatın olmadığını deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG