Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:32

-

Hakim Yeni Azərbaycan Partiyasının ( YAP) təsis etdiyi “Yeni Azərbaycan” təşəbbüs qrupu referendum təşviqatında iştirak etmək məqsədi ilə toplanan seçici imzalarını Mərkəzi Seçki Komissiyasına ( MSK) təqdim edib.

Bu haqda partiyanın mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, referenduma çıxarılan təklifləri dəstəkləyən YAP artıq imzatoplama kampaniyasını başa çatdırıb.

YAP-ın bildirməsinə görə, imzatoplama kampaniyası 124 seçki dairəsini əhatə edib. Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq 40 mindən artıq seçici imzası toplanıb.

Buna da bax: G.Aslanlı: 'İmzaların 50 faizi toplanıb'

Partiya avqustun 12-də təşviqat qrupunun qeydə alınmasından ötrü tələb olunan imzaları qanunvericiliyə uyğun şəkildə MSK-ya təqdim edib.

Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək. Referendum Aktının layihəsi 29 maddədən ibarətdir.

Layihədə ifadə azadlığı və mülkiyyət haqları ilə bağlı bir sıra məqamlar var. Bundan başqa, orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Üstəlik, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

YAP dəyişiklikləri dəstəkləyir. Hakim partiyadan fərqli olaraq, Müsavat Partiyası, REAL hərəkatı referenduma çıxarılan təklifləri əleyhinədir. Onlar da təşəbbüs qrupu təsis ediblər. Ancaq imzatoplama kampaniyasını hələ başa çatdırmayıblar.

Milli Şura və Klassik Xalq Cəbhəsi Partiyası referendumu boykot edir.

Buna da bax: “Referendum aktının müdafiə olunacağına əminəm”

Günün bütün mövzuları

XS
SM
MD
LG