Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:23

Amerikalı üzgüçü Maykl Pelps (Michael Phelps) Rioda keçirilən yay olimpiya oyunlarında dalbadal 4 qızıl medal qazanıb.

31 yaşlı idmançı 200 metrlik məsafəni 1 dəqiqə 54,66 saniyəyə üzüb və beləliklə qızıl medallarının sayını 4-ə çatdırıb.

O, beləliklə olimpiya oyunları tarixində ən titullu idmançı adını qazanıb.

Bu , Felpsin ümumilikdə olimpiya oyunlarında qazandığı 22-ci qızıldır.

Qeyd edək ki, ABŞ yığması medalların sayına görə hazırda 1-ci yerdədir.

Komanda Rio-2016-da 16 qızıl, 12 gümüş və 10 bürünc medal qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG