Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:33

Türkiyə və İranın iqtisadi yaxınlaşması


Mevlut Cavusoglu (solda) və Mohammad Javad Zarif

Mevlut Cavusoglu (solda) və Mohammad Javad Zarif

Ankara səfəri zamanı İranın xarici işlər naziri Javad Zarif deyib ki, “elektrik, təbii qaz və enerji mövzularında işbirliyinə hazırıq”. Türkiyənin xarici işlər naziri Çavuşoğlu isə bildirib ki, “daha çox təbii qaz almaq istəyirik”.

Milliyyət qəzetinin yazdığına görə, avqustun 12-də nazirlərin görüşündə Çavuşoğlu dəqiqləşdirib ki, “əlavə alınacaq təbii qazın qiymətini də danışdıq. İran qazının Avropaya ötürülməsini da müzakirə etdik. İranla ticarətdə 30 milyard dollara çatmaq hədəfimiz var”.

Javad Zarif Türkiyənin Rusiyaya yaxınlaşmasından da İranın məmnun olduğunu bildirib. O bildirib ki, daha sıx əlaqələrin yaradılmasına İran yardım etməyə hazırdır.

Xarici işlər nazirləri Türkiyə ilə İran arasında turizm məsələsini da müzakirə ediblər. Zarif deyib ki, hazırda İrandan bütün təyyarələr Türkiyəyə dolu gəlir. Hərbi çevrilişdən sonra isə İrandan Türkiyəyə uçuşlarda, turist turlarında gecikmələr yaranmışdı. O deyib : “ümid edirəm ki, İrandan turlar və turistlər Türkiyəyə təkrar başlayacaqlar”.

XS
SM
MD
LG