Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 09:09

Rusiya Qara dənizdə hərbi təlim məşqlərinə başlayıb.

Avqustun 11-dən başlayan təlimlərdə hərbi K-27 gəmisi, Mi-8 vertolyotları, 400 hərbi qulluqçu və 10 hərbi-nəqliyyat vasitəsi iştirak edir.

Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı Vladimir Korolev Sevastopol buxtasında keçirilən təlimlərin, daha geniş “Qafqaz 2016” hərbi təlimlərinin ilkin mərhələsi olduğunu deyir.

“Hərbi təlimlərdə sualtı təxribatlarla mübarizə, naviqasiya və hidroqrafik tapşırıqlar, axtarış-xilasedici əməliyyatlar və s tapşırıqlar da daxil olmaqla, operativ və texniki dəstək məsələləri yerinə yetiriləcək.

Bu gün keçirdiyimiz təlimlərə əsasən demək olar ki, hərbi heyət yaxşı hazırlanıb”.

Son günlər Krım və Ukraynanın şərqində vəziyyətin pisləşdiyi və Rusiyanın Cənub dairəsində hərbi təlimləri fəallaşdırdığı müşahidə olunur.

Rusiya prezidenti Putin Ukraynanı yeni münaqişə salmaq üçün terror taktikasına əl atmaqda günahlandırır.

Rusiyanın ötən çərşənbə günü Krımda 2 ukraynalı təxribatçının yaxalanmasını bəyan etməsindən sonra tərəflər arasında münasibətlər daha da gərginləşib.

Rusiya tərəfi onların Ukrayna kəşfiyatının üzvləri olduqlarını iddia edir.

Kiyev ittihamı rədd edir və əksinə Moskvanı təxribatçılıqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG