Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Iranın xarici işlər naziri Javad Zarif avqustun 12-də Ankarada türkiyəli həmkarı Mevlut Çavusoglu ilə görüşüb.

Bu, iyulun 15-də Türkiyədə törədilən çeviriliş cəhdindən sonra 2 ölkə arasında ilk rəsmi görüşdür.

Suriya müharibəsi ilə bağlı Tehranla Ankara arasındakı fikir ayrılıqlarına baxmayaraq, İran 15 iyul qiyamında Türkiyə hökumətinin tərıfini saxlayıb.

Şiə dövləti olan İran Suriya məsələsində prezident Bashar Assad rejimini dəstəkləyir.

Həmçinin Rusiya bu münaqişədə Bashar Asadın tərəfini saxlayır.

Ankara isə əksinə Suriya rejiminin əsas tənqidçilərindən biridir.

Qeyd edək ki, Türkiyə prezidenti Racep Tayyip Erdogan avqustun 9-da Sankt-Peterburda rusiyalı həmkarı Vladimir Putinlə görüşüb və ötən ilin noyabrında Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra pozulmuş münasibətləri bərpa etmək razılığına gəliblər.

NATO-nun üzvü olan Türkiyənin son addımları qərb rəsmilərini narahat etməyə başlayıb.

Qərb hesab edir ki, bundan ona qarşı təzyiq kimi istifadə oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG