Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:20

-

Qrenlandiya akulaları 400 ilədək yaşaya bilərlər. Bu yırtıcı balıq növləri ən çox yaşayan onurğalıdırlar.

Kopenhagen Universitetinin dəniz bioloqu Julius Nielsen “Science” (“Elm”) jurnalında dərc olunmuş məqaləsində bu barədə yazır. Onun komandası 28 Qrenlandiya akulasının maksimum yaşını öyrənib.

400 yaşlı dişi akulanın 17-ci əsrdə dünyaya gəldiyi aşkarlanıb.

Tədqiqatçılar deyir ki, Qrenlandiya akulaları həddən artıq ləng böyüyürlər, ilə 1 santimetr artırlar. Onlar 150 yaşında yetkinləşirlər. Bu akulalara Şimal Atlantik dənizinin soyuq, dərin qatlarında rast gəlinir.

İndiyədək uzunömürlülük rekordu Qrenlandiya balinasına məxsus idi, bu balinalar 200 ilədək ömür sürürlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG