Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 00:37

Bağlanan 4 bankın əmanətçilərinə indiyə kimi 38.4 milyon manatdan artıq kompensasiya ödənilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a məlumat verilib.

Bağlanan «Parabank» ASC-nin əmanətçilərinə 15.4, «Zaminbank» ASC-nin əmanətçilərinə 16.9 , «Kredobank» ASC-nin əmanətçilərinə 4.1 və «Dekabank» ASC-nin əmanətçilərinə də 2 milyon manatdan çox kompensasiya ödənildiyi deyilir.

Əmanətlərin Sığortalanması Fondu avqustun 1-dən sözügedən bankların əmanətçilərinə kompensasiya ödəməyə başlayıb.

Bu il iyulun 21-də Maliyyə Bazarlarına Nəzarət Palatası bu bankların lisenziyasını geri alıb.

Qərar həmin bankların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Fondan verilən məlumata görə, bağlanan 4 bankda 127 milyon manata yaxın qorunan əmanət olub.

Bu il Azərbaycanda ümumilikdə 10 bankın lisenziyası ləğv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG