Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 22:55

-

“İslam Dövləti (İŞİD) silahlı qruplaşmasını Prezident Barack Obama yaradıb”. Bu iddianı respublikaçıların prezidentliyə namizədi Donald Trump bir daha dilə gətirib.

Avqustun 11-də Trump bir nümayişdə deyib ki, bir gün öncə söylədiklərinin arxasında durur. Demokratlardan namizəd Hillary Clinton və Prezident Obama İŞİD-in “ən dəyərli oyunçularıdır”.

Trump avqustun 10-da demişdi ki, İŞİD yaraqlıları “Prezident Obama-nı şərəfləndirir. O, İŞİD-in yaradıcısıdır”.

Clinton-un sözçsü Trump-ı Rusiya Prezidenti Vladimir Putin-in dediklərini təkrarlamaqda suçlayıb.

Avqustun 11-də onlarla respublikaçı partiya liderlərinə məktub ünvanlayıb, onları Trump-a yardımı dayandırmağa, partiya resurslarını konqresdən namizədliyini vermiş digər, daha zəif namizədlərə yönəltməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG