Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Poroshenko hərbi hazırlığın artırılmasını göstəriş verib


Foto arxiv

Foto arxiv

Ukrayna prezidenti Petro Poroşenko Krımla sərhəddə və Ukraynanın şərqindəki münaqişə zonasında hərbi hazırlığın artırılmasını göstəriş verib.

Bu barədə prezident özünün tvitter hesabında yazır.

Bundan başqa o, Rusiya prezidenti Vladimir Putin, Almaniya və Fransa rəhbərlikləri, ABŞ-ın vitse-prezidenti Joe Biden və Avropa Şurasının prezidenti Donald Tuskla telefon əlaqəsi yaradılmasını göstəriş verib.

Ukrayna silahlı qüvvələrinin baş qərargahı, həmçinin avqustun 11-də ölkənin cənub vilayətlərində dəniz piyadaları və sahil raket-artileriya qüvvələrinin iştirakı ilə hərbi təlimlərə başlandığını elan edib.

Bundan başqa Ukraynanın hərbi-hava qüvvələri “ Göy qalxanı-2016” adlı hərbi təlimlərə başlayıb.

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Həmin vaxtdan bu yana Ukraynanın şərqində 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG