Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

►Onlar, əsasən, «Azərsu» və «Azəravtoyol» ASC-lərdə, eləcə də mənzil-kommunal təsərrüfatı idarələrində çalışanlardır

Bu ilin iyununda iqtisadiyyatda muzdla çalışan işçilərin - maaş cədvəlinə qol çəkənlərin sayı kəskin artıb. Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, bir ayın içində işə düzələnlərin sayı 19 min 400 nəfər artaraq, iyulun əvvəlinə 1 milyon 521 min 100 nəfərə çatıb.

Bu, 1995-ci ildən bu yana ən yüksək göstərici sayıla bilər. O vaxt ölkədə muzdla çalışanların sayı 1 milyon 572 min nəfər olub. 2000-ci ildə - iri sənaye müəssisələrinin fəaliyyəti dayandığından, onların sayı kəskin azalaraq, 1 milyon 217 minə düşmüşdü.

Buna da bax: Bakıda 8400 nəfər işini itirib

İlin əvvəlindən bəri təkçə özəl bölmədə 20 min nəfər özünə iş tapıb. İyulun 1-nə özəl bölmədə çalışanların sayı 631 min 400 nəfər idi. İl başlarkən həmin göstərici 618 min 400 nəfərə bərabər olub.

DSK-nın məlumatından o da aydın olur ki, ilk yarımildə dövlət müəssisə və təşkilatlarında işləyənlərin də sayı 12 min 300 nəfər çoxalıb. «Azərsu» və «Azəravtoyol» ASC-lər, mənzil-kommunal təsərrüfatı idarələri xeyli sayda işçi qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG