Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:40

-

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-ə "Abşeron" adlı serialın çəkilişi üçün verdiyi 160 min manatı geri istəyir və müqavilə öhdəliklərinin pozulmasına görə 8 min manat da cərimə ödəməsini tələb edir.

ANS-in "Abşeron" əvəzinə "Sevgi naminə" adlı serial çəkdiyini və bununla da müqaviləni pozduğunu iddia edən Teleradio Şurası bu barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Orada bu işə baxılarkən ANS də elə həmin məhkəmədə ayrıca iddia qaldırıb ki, əksinə, Teleradio Şurası onlara 40 min manat ödəməlidir. Çünki serial çəkilişinə müqavilədə 200 min manat nəzərdə tutulub. ANS həmin vəsaitin şirkətə ödənilməsi və serialın Teleradio Şurası tərəfindən qəbulu barədə qərar çıxarılmasını istəyir.

Buna da bax: ANS Teleradio Şurasının hesabının dondurulmasını istəyir

ANS-in bu addımından sonra Teleradio Şurasının iddiası üzrə işə baxan hakim icraatın müvəqqəti dayandırılması haqda qərardad çıxarıb.

Səbəb kimi isə göstərilib ki, ANS-in iddiası üzrə məhkəmənin nəticəsi bəlli olandan sonra bu məsələyə baxıla bilər. Qərardaddan narazı qalan Teleradio Şurası apellyasiya şikayəti verib.

Avqustun 11-də Bakı Apellyasiya Məhkəməsində Teleradio Şurasının şikayəti təmin olunub. Hərçənd, ANS-in nümayəndəsi Muxtar Mustafayev bunun əleyhinə çıxıb: "Əgər məhkəmə ANS-in iddiasını təmin edib, serialın qəbulu və 40 min manatın ödənilməsi barədə qərar versə, digər iş necə olacaq? Teleradio Şurası yenə 160 mini tələb edəcək? ANS-in iddiası işin taleyini həll eləyir. Ona görə də icraat düzgün olaraq dayandırılıb".

ANS-in nümayəndəsi bildirib ki, qərardan kassasiya şikayəti verəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG